ETİMADSIZLIQ VOTUMU

Parlament idarə-etmə forması olan dövlətdə Hökumətin və ya ayrıca Nazirin siyasi xəttinin, fəaliyyətinin Parlamentin aşağı palatası tərəfindən bəyənilməməsinin rəsmi surətdə bəyan edilməsi. Qanunvericilik (Konstitusiya) E.V. Parlament tərəfindən qəbul edilməsi üçün Deputat səslərin sayı üçün minium limiti müəyyənləşdirir, Hökumətə və ya ayrıca Nazirə Parlament tərəfindən E.V. irəli sürüldükdə həmin Hökumət və ya Nazir dərhal istefaya göndərilir, lakin yeni Hökumətin və ya Nazirin seçilməsinə (təyin olunmasına) qədər müvəqqəti olaraq fəaliyyət göstərə bilər. Bəzi dövlətlərdə isə Parlamentin özünə Hökumət tərəfindən E.V. irəli sürülməsinin mümkünlüyü qanunvericilikdə (Konsititusiyada) təsbit edilir.
ETİBARSIZ SEÇKİLƏR
ETNOKRATİYA
OBASTAN VİKİ
Etimadsızlıq səsverməsi
Etimadsızlıq səsverməsi və ya Etibar səsi, bir qrup insanın bir hökumətə və ya liderə güvənib səs verməməsidir. Əslində, hökumətdə və ya idarədə olan bir insanın artıq bu vəzifəyə gələ bilməyəcəyini təyin edən bir bəyannamə və ya səsvermədir.